Disleksiya – uşaqlarda öyrənmə pozuntusu

İnsan dünyaya gəldiyi andan etibarən yaşamının hər anına uyğun müəyyən fəaliyyətləri yerinə yetirir: iməkləyir, yeriyir, danışır, oynayır, məktəbə gedir və s.
Bütün bunlar hər bir ata və ananın öz övladlarından gözlədiyi normal fəaliyyətlərdir. Lakin bəzi uşaqlarda bu adi hesab etdiyimiz fəaliyyətlərin yerinə yetirilməsi daha gec bir zamanda baş verir. Bu da onlarda ‘disleksiya’ adlanan öyrənmə pozuntusunun olduğunu göstərir. Disleksiya dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə özünü göstərən bir öyrənmə pozuntusudur.

disleksiya-2-638
Disleksiya anadangəlmə, inkişaf və zədəyə bağlı olaraq ikiyə ayrılır. Anadangəlmə disleksiya doğum əvvəli, doğum zamanı və doğum sonrası fəsadlara bağlı olaraq üçə ayrılır.
Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlik zamanı keçirilən infeksiyalar və yanlış dərman istifadəsi səbəb ola bilər. Uzun və çətin doğuş zamanı uşağın nəfəsalmasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də disleksiyanın səbəblərindəndir.
İrsi faktorlara bağlı olaraq da disleksiya ortaya çıxa bilər.
Disleksiya anadangəlmə bir problem olduğu üçün uşaqlarda erkən yaşlarda özünü aşağıdakı əlamətlərlə göstərir:
– Danışmada gecikmə
– Yeni sözləri gec öyrənmə
– Hərəkət və koordinasiya pozuqluğu
– İstiqamət (sağ, sol, yuxarı, aşağı) və zaman (bugün, sabah, əvvəl,sonra) anlayışlarında çətinliklər
– Danışarkən düzgün sözlərdən istifadə etməmək
Bəzən valideynlər bu əlamətləri normal hal kimi dəyərləndirir və uşaqlarında heç bir problem olmadığını bildirirlər. Lakin uşaqlar məktəbə gedəndə bu saydığımız əlamətlərin daha kəskin formaları özünü göstərir.

disleksiya-5-638
İnsanların bir qismi disleksiyanın xəstəlik olduğunu digər bir qismi isə bunu zəka səviyyəsinin aşağı olması ilə əlaqələndirir. Lakin bunların heç biri doğru deyil. Hətta zəka səviyyəsi yüksək olan bir çox məşhurlar da belə disleksiya mövcud olub. Məsələn: Leonardo Da Vinci, Pablo Pikasso, Uolt Disney, Albert Einştein, Henri Ford, Tom Cruz, Con Lennon, Bill Gates, Məhəmməd Əli və s.
Disleksiyanın xüsusi bir müalicə üsulu yoxdur. Ancaq aşağıdakı ünsürlər onların müalicəsində böyük rol oynayır:
– Doğru qidalanma
– Ailədə və cəmiyyətdə ona qoyulan düzgün münasibət
– Özəl dərslər (burada onun öyrənmə qabiliyyətinin artması üçün daha maraqlı və əyləncəli öyrənmə metodlarından istifadə edilir).
Disleksiyanın erkən yaşlarda diaqnozu çox vacibdir. Bu halda disleksiyası olan uşaq məktəbə qədər olan müddətdə müəyyən dərəcədə inkişaf etmiş olar və artıq məktəb zamanı özyaşıdlarından geri qalmaz, həmçinində məktəb fobiyası yaranmaz.
Görülən bütün problemlərlə yanaşı disleksiyalı fərdlərin bir ya da bir neçə sahədə üstün qabiliyyətləri ola bilər. Onların incəsənət, fərdi idman, texnologiya, mexaniki, vizual-fəza sahələrində qabiliyyətləri araşdırılmalıdır. Bu sahələrin fərq edilməsi həyatlarının planlaşdırılması baxımından böyük əhəmiyyət daşımaqdadır. Həmçinin müvəffəqiyyət duyğusu yaşaması və mənlik hörmətinin artması baxımından da əhəmiyyətlidir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here