Divan Express Baku-da vakansiya

İNSAN RESURSLARI ÜZRƏ MÜTƏXƏSSİS

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi;
• Əmək qanunvericiliyinə, əsasən işçilərin işə qəbulu, işdən çıxarılması, bir vəzifədən başqasına keçirilməsi bağlı sənədlərin tərtib edilməsi;
• Namizədlər bazasının yaradılması;
• Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edilməsi;
• Vəzifə təlimatlarının hazırlanması;
• Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi;
• İşçilərin şirkətə bağlılığını və işçi məmnuniyyətinin ölçülməsi məqsədilə illik məmnuniyyət sorğularının həyata keçirilməsi;
• İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatının aparılması, məzuniyyətdən vaxtında, tərtib edildiyi halda qrafik üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
• İşçilər barədə hesabatların tərtib edilməsi və tələb olunan yerə vaxtında təqdim edilməsi;
• İşçilərin iş fəaliyyətinin qiymətləndirilməsi (Performance Management);
• Əmək haqqı hesablaması üçün maliyyə departamenti ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər:

Ali təhsil;
İnsan resursları sahəsində azı 3 il stajı;
Yaş həddi: – 28-35 yaş arası;
Kompyüterlə işləmək bacarığı (Word, Excel, Power Point, Outlook);
Azərbaycan, rus, ingilis dillərini bilmək;
AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
Kommunikabellik;
Məsuliyyətlilik;
Diqqətlilik;
Geniş dünyagörüşü;
Əlaqələndirmə bacarığı.

Dialoq.info xəbər verir ki, maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.