Dövlət Aqrar Ticarət Şirkəti və Dövlət Turizm Agentliyinin Bakı Turizm İnformasiya Mərkəzi arasında memorandum imzalanıb

Noyabrın 23-də Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti və Dövlət Turizm Agentliyinin Bakı Turizm İnformasiya Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumun imzalanmasında məqsəd hər iki qurum arasında faydalı əməkdaşlığın qurulması, birgə tədbirlərin həyata keçirilməsi ilə turistlərin kənd təsərrüfatı məhsulları haqqında maariflənməsini təmin etmək, ölkədə aqrar turizmin inkişafına dəstək göstərməkdir.

Tədbirdə Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov rəhbərlik etdikləri qurumlarla bağlı məlumat verərək, birgə əməkdaşlığın perspektivləri və görüləcək işlər barədə danışıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here