Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə info-tur

Hörmətli gənclər və gənclər təşkilatları,

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Artıq 19 ildir Azərbaycanın ictimai – siyasi həyatında yaxından iştirak edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, gənclər və gənclər təşkilatları üçün Azərbaycan Respublikası Dövlət Bayrağı Günü münasibəti ilə Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə info-turu təşkil edəcək.

Tur zamanı Azərbaycan Respublikasının Dövlət Bayrağının tarixi, müasir Azərbaycan və Ermənistan ərazisində yerləşən qədim dövlət və xanlıqların bərpa olunmuş bayraqları ilə Azərbaycanın qədim dövlətçilik ənənələrini, tarixini əks etdirən ştamplar, pul vahidlərinin nümunələri, fotoşəkillər və sənədlər ilə tanış ola və məlumat ala biləcəksiniz.

Məlumat turu 10 noyabr 2014-cü il tarixində 11.00-13.00 müddəti ərzində baş tutacaq.

Görüş yeri:Dövlət Bayraq Meydanı

Görüş vaxtı: 10 noyabr, saat 10:45

Sizdən xahiş olunur, info-turda iştirak etmək istədiyiniz halda 7 noyabr 2014-cü il tarixi, saat 18:00-dək iştirakçı sayı (nəfər) göstərməklə, məlumat verəsiniz.

Əlaqəndirici şəxs:
Ulker Qurbanova
012 441 16 31