Dövlət Bayrağı Meydanında Dövlət bayrağının qaldırılması prosesini hər kəs canlı izləyə biləcək

Oktyabrın 11-də Dövlət Bayrağı Meydanında Dövlət bayrağının qaldırılması prosesini hər kəs canlı izləyə biləcək. Dialoq.info  xəbər verir ki, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Dövlət Bayrağının 162 m hündürlüyə qaldırılması prosesini canlı izləmək istəyən hər bir şəxs, o cümlədən KİV nümayəndələri oktyabrın 11-i saat 10.30-da Dövlət Bayrağı Meydanına dəvət olunur.