Dövlət Komitəsi: Ailələrin problemi odur ki, problemin yaranmaması üçün əvvəlcədən heç nə etmirlər

Ailələrin problemi odur ki, nəticələrlə mübarizə aparırlar, lakin problemin yaranmaması üçün əvvəlcədən heç nə etmirlər və sonda da məhkəmələrə üz tuturlar.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərin təbıiği mərkəzi: Azərbaycan ailəsi” mövzusunda konfransda deyib.

O qeyd edib ki, ailə münasibətləri hüquqla tənzimlənməlidir. Ailə qanunvericiliyinin əsas məqsədi ailənin möhkəmliyinin təmin edilməsidir:

“Ailə Məcəlləsinə əsasən, ailə münasibətləri məhəbbət, qarşılıqlı hörmət əsasında qurulmalıdır. Ailə üzvlərinin hüquqları maneəsiz təmin olunmalıdır. Ailə könüllü ittifaq olmalıdır, ancaq Azərbaycanda ailələrin böyük əksəriyyəti kənar müdaxilə əsasında qurulur. Ailə sevgi əsasında qurulmalıdır, kənardan kiminsə müdaxiləsi olmamalıdır. Bəzən isə ailələr nikahı dövlət qeydiyyatına almırlar, sadəcə dini kəbinlə kifayərlənirlər, deyirlər ki, bir az yaşasınlar, sonra rəsmi nikaha baxarıq. Bu da, əsasən, valideynlər tərəfindən edilir. Sonra da ailədə problem ortaya çıxanda qadınlar hüquqi yardım ala bilmirlər, çünki hüquqi nikah yoxdur. Burada diqqətli olmaq lazımdır, rəsmi nikah olmadan ailə qurmaq düzgün deyil”.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here