RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.10.08 16:56

Dövlət naziri: “Gürcüstanın bütün vətəndaşlarına etnik mənsubiyyətindən asılı olmayaraq bərabər şərait yaradılmalıdır”

34

“Gürcüstan etnik müxtəliflik baxımından unikal ölkədir və biz bununla fəxr edirik”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) “Vətəndaş bərabərliyi və inteqrasiya” mövzusunda oxuduğu mühazirəsində bildirib.

Mühazirəyə ali məktəbdə “1+4” proqramı üzrə təhsil alan milli azlıqları təmsil edən tələbələr qatılıblar.

Dövlət nazirinin sözlərinə görə, paytaxt Tbilisidə Meydan deyilən ərazi etnik müxtəliflik baxımdan xüsusən seçilir: “Meydanda müxtəlif din və etnik mənsubiyyətə məxsus vətəndaşlarımız mehriban şəraitdə yaşayırlar. Orada yaşayan sakinlər bir neçə dildə danışırlar. Meydanda məscid, kilsə, sinaqoq və digər dini ibadət yerlərinin bir-birinə yaxın yerləşməsi də Gürcüstanda tarixən mövcud olan tolerantlığı nümayiş etdirir”.

K.Tsixelaşvili deyib ki, Gürcüstanda yaşayan milli azlıqların inteqrasiyası məsələsi hökumətin əsas prioritetlərindən biridir: “Gürcüstan vətəndaşları etnik mənsubiyyətindən asılı olmayaraq ölkənin sosial, siyasi və iqtisadi həyatında, cəmiyyətin bütün sferalarında bərabər iştirak etməlidirlər”.

Dövlət nazirinin sözlərinə görə, azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində gənclər ictimai-siyasi proseslərdə fəallıq göstərirlər.

K.Tsixelaşvili mühazirəsində ölkədə milli azlıqların inteqrasiyasına yönələn proqram və layihələrdən də danışıb. O,”1+4″ proqramının iştirakçıları olan gənclər üçün bu gün elan olunan dövlət qurumlarında növbəti təcrübə proqramı barədə də geniş məlumat verib.

Tədbirdə TDU-nun rektoru Giorgi Şarvaşidze də iştirak edib.

Mühazirədən sonra dövlət naziri gəncləri maraqlandıran sualları cavablandırıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı