Dövlət Neft Fondunda könüllü olmaq şansı

Əziz ASAN könüllüləri, heç bir zaman ələ düşməyəcək fürsəti sizlərə məhz “ASAN School” təklif edir! “ASAN School” sizə Dövlət Neft Fondunda könüllü olmaq şansı yaradır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu uzunmüddətli neft strategiyası çərçivəsində əldə edilən gəlirlərin səmərəli istifadəsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə təsis edilmişdir. Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi, ümummilli əhəmiyyətli layihələrin birbaşa maliyyələşdirilməsidir.

Könüllülərimiz bu proqram çərçivəsində Fondun aşağıda göstərilən müxtəlif fəaliyyət istiqamətləri üzrə işə cəlb olunacaqlar:

 

  • İnvestisiya departamenti – Fondun valyuta ehtiyatlarının idarə edilməsi, daşınmaz əmlaka investisiya ilə məşğul olur;
  • Risklərin idarə edilməsi departamenti – İnvestisiya siyasəti və Vəsaitlərin Strateji Bölüşdürülməsi (VSB) ilə əlaqədar təhlil və təkliflərin hazırlanması;
  • Hesablaşmalar departamenti – Fondun pul vəsaitlərinin maliyyə bazarlarında yerləşdirilməsi;
  • Mühasibat uçotu və hesabatı departamenti – Beynəlxalq Mühasibat uçotu Standartları əsasında mühasibat uçotu siyasətinin hazırlanması və tətbiqi;
  • Büdcə proqnozlaşdırma və layihələr departamenti – Fondun büdcə fəaliyyətinin təşkili,  gəlir və xərcləri haqqında proqnozların hazırlanması;
  • Neft kontraktları departamenti – Neft-qaz əməliyyatları ilə bağlı hesabatların monitorinqi, qiymətləndirilməsi və rəylərin verilməsi;
  • İnformasiya təhlükəsizliyi departamenti – İnformasiya təhlükəsizliyi və informasiya texnologiyalarının təhlükəsizliyi;
  • Hüquq departamenti – Fondun fəaliyyətinin həyata keçirilməsində hüquqi yardımın göstərilməsi;
  • İnzibati departamenti – Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri ilə əlaqəli şəkildə iş birliyi qurmaq; İT sisteminin daim işlək vəziyyətdə saxlanılmasını və yüksək texnoloji standartlar səviyyəsinə çatdırılmasının təminatı;
  • İnsan resursları departamenti – Fondda kadr siyasətinin həyata keçirilməsi; insan resursları üzrə işlərin təşkili;
  • İnformasiya texnologiyaları departamenti – Fondun İT infrastrukturunun inzibatçılığını həyata keçirir, onun fasiləsiz, keyfiyyətli və səmərəli işləməsinin təminatı.

Əziz ASAN könüllüləri, bacarıqlı,  təşəbbüskar, təşkilatçı, gənc ruhlu, özünə inamlı, dil bilikləri, xüsusilə də ingilis dili bilikləri yüksək səviyyədə olan ASAN könüllüləri bu proqramda iştirak etmək üçün bizə müraciət edə bilərlər. Müraciət üçün : http://goo.gl/xpNzLX

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here