Dövlət orqanları tərəfindən müsabiqəyə 990 vakant vəzifə təqdim olunub

Dövlət orqanları tərəfindən müsabiqəyə 990 vakant vəzifə təqdim olunub. Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (504 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (113 vakant vəzifə) və Dövlət Statistika Komitəsi tərəfindən (122 vakant vəzifə) müsabiqəyə təqdim edilib.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru Vəfadar Misirov noyabrın 14-də dövlət qulluğuna qəbula dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, DİM tərəfindən noyabrın 18-də inzibati rəhbər vəzifələr olan AA, AB və AC, dekabrın 17-də isə inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək. Test imtahanlarına qeydiyyat noyabrın 7-də başlanıb. V.Misirov deyib: “Qeydiyyat AA, AB və AC vəzifə qrupları üzrə noyabrın 17-də, BA və BB vəzifə qrupları üzrə isə dekabrın 6-da başa çatacaq. Bütün vəzifə qrupları üzrə test imtahanı proqramları hazırlanıb və DİM-in internet portalında yerləşdirilib”.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here