RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Dövlət Proqramından uğurla keçən tələbə ilə MÜSAHİBƏ

552

DP-dən uğurla keçən tələbə ilə MÜSAHİBƏ

Salam, hər vaxtınız xeyir olsun! Bu gün çoxdandır hazırlaşdığım mövzu barəsində söhbət edəcəyik. «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»  (DP) çərçivəsində müsahibə mərhələsinə necə hazırlaşmaq barəsində yazmışdım, indi isə vaxt gəlib çatdı DP-dən uğurla keçən tələbə ilə müsahibə etməyə. Buyurun, tanış olun, tələbə, idmançı və nəhayət gözəl xanım Aysel Əliyeva ilə müsahibəni təqdim edirəm.

-Salam! Zəhmət olmasa oxucularımıza özünüzü təqdim edin. Özünüz haqqınızda qısa məlumat verin.

 

-Adım Aysel Əliyevadır. 23 yaşım var.  Mən İncəsənət gimnaziyasını bitirmişəm, daha sonra 2013-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialınının kimya fakültəsini bakalavr pilləsi qazanaraq bitirmişəm. Elə həmin ildə ADNA-nın “Neft-qaz emalı texnologiyası və kimyası” fakültəsinə magistraturaya qəbul oldum. 2014-cü ildə Dövlət Proqramına müraciət etdim və uğurla keçdim, amma cavablar gecikdiyinə görə bir il magistraturanı təxirə saldım və bu il Mançester Universitetinə daha bir magistraturanı oxumağa gedirəm, kimya fakültəsi üzrə.

 

— Təhsilinizi hansı ölkədə davam etdirmək istəyirdiniz?

 

— Təhsil alacağım ölkəni seçəndə yalnız ABŞ və Böyük Britaniya arasında qalmışdım. Müxtəlif universitetlərə sənəd göndərdim və hamısından qəbul aldım, amma öz seçimimi Mançester Universiteti üzərində saxladım, çünki bu təhsil ocağı Dünyanın 30 ən yaxşı ali məktəblərinin reytinqinə daxildir.

 

— Nəyə görə bu ixtisası seçmisiniz?

 

— Nəyə görə kimya? Ona görə ki, kimya mənə maraqlı gəlir, artıq 6 ildir ki, öyrənirəm bu elmi və bu sahədə biliklərimi daha da artırmaq  istəyirəm.

 

— Keçək DP-də müsahibə mərhələsinə. Müsahibə necə keçdi, Komissiyada kimlər var idi, təəssüratlarınız barədə oxucularımıza danışın. Müsahibə hansı dillərdə keçdi?

 

— DP-də müsahibə 15-20 dəqiqə çəkdi. Müsahibə tamamilə ingilis dilində keçdi. Bütün suallar riyaziyyat, kimya və fizikadan verildi. Müxtəlif məsələlər və nəzəri suallar verdilər. Yalnız sonda Azərbaycanın Dövlət Himninin sözlərinin və musiqisinin müəllifini soruşdular. Xatırlayıram ki, komissiyada Həsən Həsənov, məktəbdən xanım mütəxəssis və ADA-dan mühazirəçi var idi.

 

— Müsahibənin cavabı nə vaxt bəlli olur?  Müsahibəyə necə hazırlaşmaq lazımdır? Sizin oxuculara tövsiyyəniz.

 

Cavablar təxmini 3 həftə sonra çıxdı. Mən ümumiyyətlə müsahibəyə hazırlaşmırdım. Mənim oxuculara məsləhətim hər şeyə sadə yanaşsınlar və beyinlərini yormasınlar. Mütləq hər şey alınacaq!

 

— Müsahibə verdiyiniz üçün təşəkkür edirik. Gələcək təhsilinizdə sizə uğurlar!

fcm1

 

Mənbə: https://turalturan.wordpress.com/2015/08/18/dp-dən-ugurla-kecən-tələbə-ilə-musahibə/

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı