RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Dövlət Qulluğuna Qəbul Prosesi ilə Tanışlıq və Dövlət Qulluğuna Qəbulda Şəffaflıq” mövzusunda seminar

465

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Dövlət qulluğuna qəbul prosesi ilə tanışlıq” mövzusunda seminar təşkil edir. Seminar Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır.

Seminarda ekspert olaraq ”Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının, Hüquq Departamentinin rəhbəri, cənab Vüqar Əsgərov çıxış edəcək.

Tədbir Xəzər Universiteti, Nizami korpusunda (Auditoriya 13) ünvanında 15 may, 2015-ci il tarixində, saat 11:00-dan 13:00-dək təşkil olunacaq. Bu seminarda məqsəd tələbələrə və gənclərə dövlət qulluğuna qəbul prosesini qaydalarını izah etmək və dövlət qulluğuna qəbulda şəffaflıq haqqında məlumat verməkdir.

Gənclər və universitet tələbələrinin iştirakı ilə keçiriləcək seminar adı keçən qurumla birlikdə dövlət qulluğuna qəbul prosesi, qəbul prosesində tələb olunan bilik və bacarıqlar, bu sahədə müvafiq normativ hüquqi aktlar, o cümlədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında tələbələr və gənclər məlumatlandırılacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının Hüquq şöbəsinin müdiri, cənab Vüqar Əsgərov dövlət qulluğuna qəbul prosesində şəffaflığın vəziyyəti ilə, eyni zamanda şəffaflıqla bağlı problem yarandığı halda hansı addımlar atmalı olduqları haqqında əlavə məlumat verəcək.

Daha ətraflı məlumat üçün layihənin koordinatoru Bəxtiyar Aslanov ilə [email protected] ünvanına yazmaqla yaxud 596 20 38 və ya 497 68 15 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərsiniz.

Seminar ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (APT) layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində keçirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı