Dövlət Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə 2019-cu ilin I seçim turu davam edir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, seçimdə iştirak üçün aşağıda qeyd olunan sənədlər Mərkəzin [email protected] ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməlidir.

Qeydiyyat üçün tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsinin surəti

Qeyd: Mərkəzin elektron poçtuna göndərilən sənədlərin “mövzu” bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı qeyd edilməlidir.

Sənədlərin qəbulu 2019-cu il 28 fevral tarixinə qədər davam edəcək.

Əlaqə telefonları: (+994 12) 595-10-69 (daxili nömrə 115)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here