Dövlət təşkilatlarında əməyin ödənişi sisteminə yenidən baxıla bilər

Azərbaycanda 2018-ci ilin iyul ayınadək büdcədən maliyyələşən təşkilatlarda tətbiq olunan əməyin ödənişi sisteminə yenidən baxılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.

Bu, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti üzrə hesabatında öz əksini tapıb.

Hesabatda bildirilir ki, həmin müddətədək əməkhaqqının məbləğində iqtisadi risklərin təsirlərini və əməyin keyfiyyəti parametrlərini nəzərdə tutan vahid və çevik əməyin ödənişi sisteminin yaradılması ilə bağlı təklilfərin hazırlanması da planlaşdırılır.

Hazırda Azərbaycanın dövlət orqanlarında (Azərbaycanın xaricdə olan diplomatik nümayəndəlikləri, konsulluqları və digər orqanların nümayəndəlikləri istisna olmaqla) işləyən dövlət qulluqçularının aylıq vəzifə maaşlarının minimum məbləği inzibati vəzifələr üçün 250 manat, yardımçı vəzifələr üçün isə 150 manatdır.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here