“Dövlət və din” ictimai fikir toplusunun yeni sayı işıq üzü görüb

Nəşrdə dövlətimizin başçısının “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi parad, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi kimi materiallar yer alıb.

Yeni sayda, həmçinin “Soyqırımı: fəlsəfi-tarixi-dini baxış dialoq kontekstində”, “Xalq poeziyasında İslam əxlaqı və harmonik şəxsiyyət məsələləri”, “Multikulturalizm-postmodernizm əlaqəsi”, “İslam əlyazma mədəniyyətində kalliqramlar”, “Cəmaləddin Əfqaninin dünyagörüşü”, “Ordubad şəhərində nadir memarlıq abidəsi” və s. məqalələrlə də tanış olmaq olar.

Toplunun redaktoru Sadiq Mirzəyev, redaksiya heyətinin üzvləri – akademiklər Gövhər Baxşəliyeva, Teymur Kərimli, Urxan Ələkbərov, Vasim Məmmədəliyev, Yaqub Mahmudov, Nizami Cəfərov, AMEA-nın müxbir üzvləri Bəxtiyar Əliyev, Səlahəddin Xəlilov, professorlar Allahşükür Paşazadə, Etibar Nəcəfov, Əli Əhmədov, Əli Həsənov və başqalarıdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here