Dövlət qulluqçusu olmaq istəyənlər bu gün sınaq imtahanı verirlər

Sentyabrın 22-də dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçirilir.

AA, AB, AC, BA, BB qrupları üzrə keçirilən imtahan saat 10:00-da başlayıb.

Namizədlər imtahanı Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

Qeyd edək ki, sınaq imtahanının təşkili dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədi daşıyır.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here