Dubayda pilotsuz hava taksisi işə salınacaq

Bu yay Dubayda pilotsuz hava taksisini işə salmağa hazırlaşırlar.

Nəqliyyat vasitəsi 160 km/saat sürət yığa biləcək.

“Ehang 184” pilotsuz nəqliyyat vasitəsi öz gövdəsində 110 kiloqram çəki daşımağa qadirdir. Buna baxmayaraq, maşın 160 km/saat sürətlə hərəkət edə bilir, şəhər ətrafında isə onun sürəti 100 km/saata qədər məhdudlaşdırılacaq. “Ehang 184” havada qalmasının maksimal vaxtı 30 dəqiqədir və tufandan başqa, istənilən havada hərəkət edə bilir.

İlk modellər artıq sınaqdan keçirilib və istifadə edilməyə hazırdır. Belə bir nəqliyyat vasitəsinin olması ilə yerli hökumət nəinki dünyanın ən “ağıllı” yaşayış məntəqəsinin nüfuzunu təsdiqləməyə hazırlaşır, həmçinin qənaət etmək niyyətindədir.

Aparatın enerji ilə doldurulmasına 1-2 saat vaxt tələb olunacaq. Lazımi marşrutu seçmək üçün sensorlu monitor da var ki, bu kompüterdə standart gediş sistemləri mövcuddur. Belə bir pilotsuz nəqliyyat vasitəsinin tətbiqi nəqliyyat xərclərində təxminən 6 milyard dollar qənaət etməyə imkan verəcək.

İKT.lent.az