Duma sədri: “Rusiya Avropa Şurasını tərk edə bilər”

Rusiya Avropa Şurasına üzv dövlətlərin sırasını tərk edə bilər. Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Rossia 1” telekanalının efirində bəyan edib.

“Deyə bilərik ki, belə davam edəcəksə, əlbəttə ki, bu strukturdan çıxmağı istisna etmirik”, – deyə V.Volodin bildirib. Qeyd edək ki, daha əvvəl Avropa Şurasının baş katibi Turbyorn Yaqland Rusiyanın Şuranın büdcəsinə ianə ödənişlərini bərpa etməyəcəyi təqdirdə, 2019-cu ilin iyun ayında AŞ-dən çıxarıla biləcəyini açıqlayıb.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here