“Dünya iqtisadiyyatı və islam bankçılığı. Halal qazanc və bərəkət” mövzusunda görüş olacaq

“Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi uzunmüddətli layihəsi olan “Ziyalı ünsiyyəti” çərçivəsində növbəti görüşünü keçirməyi planlaşdırır. Birlikdən dialoq.info-ya verilən məlumata görə, Transregional İslam İqtisadi Mərkəzi Müşahidə Şurasının sədri, texnika elmləri doktoru Ədalət Cəbiyevin iştirakı ilə keçiriləcək görüş “Dünya iqtisadiyyatı və islam bankçılığı. Halal qazanc və bərəkət” mövzusunda olacaq.

İqtisadiyyat və bank sektorunda çalışanları, eləcə də islam bankçılı barədə daha ətraflı məlumat almaq istəyən hər kəsi bu görüşə dəvət edirik!

 

Tədbir birliyin ofisində 14 mart, 15:00-da keçiriləcək.

 

Ünvan: Ə.Ələkbərov küç., 507/511, ev 18a, m.36

Telefonlar: 012 510 90 94; 050 660 96 39; 055 921 05 07

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here