“Dünya okean akvatoriyasının karbohidrogen yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” adlı monoqrafiyanın təqdimatı...

“Dünya okean akvatoriyasının karbohidrogen yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” adlı monoqrafiyanın təqdimatı olacaq

Mayın 22-də saat 11:00-da AMEA-nın Neft və Qaz İnstitutunda elmi sessiya keçiriləcək.

Tədbirdə Rusiya Elmlər Akademiyasının (REA) Neft və Qaz Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, REA-nın müxbir üzvü V.Boqoyavlenskiyin “Antraktida və Dünya okeanında karbohidrogen yataqlarının axtarışı, mənimsənilməsi problemləri və onların həlli perspektivliyi” mövzusunda məruzəsi dinləniləcək.

Elmi sessiya çərçivəsində “Dünya okean akvatoriyasının karbohidrogen yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” adlı monoqrafiyanın təqdimat mərasimi də keçiriləcək.

Ünvan: Bakı şəh., Fikrət Əmirov küç., 9.

science.az