RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.10.14 17:13

“Dünyada qeyri-obyektivliyin, qərəzin şahidi oluruq” Əflatun Amaşov

40

“Son dövrlər sosial medianın imkanlarının artması ilə media azadlıqları da artır”.

Bu fikirləri Bakı Beynəlxalq Media Konfransında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Onun sözlərinə görə, neqativ hallar da nəzərdən yayınmamalıdır: “Bu isə qarşılıqlı əməkdaşlığımızın dərinləşməsindən asılıdır. Söz və mətbuat azadlığı kimi fundamental dəyərlərdən sui-istifadə belə hallara qarşı birgə çıxmağı tələb edir”.

“Dünyada qeyri-obyektivliyin, qərəzin şahidi oluruq”, deyə qeyd edən Mətbuat Şurasının sədri konfransın bu kimi halların aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını bildirib: “İnanırıq ki, bu konfrans belə hallara qarşı çıxan platforma kimi özünü təsdiqləyəcək. Əminəm ki, bu formatda torlantımız davam edəcək, aparıcı media nümayəndələrini öz sıralarında birləşdirəcək. İnanıram ki, bu konfrans dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı