Dünyanın ən sürətli elektromobili hazırlanır

Kanadanın “Daymak” şirkəti dünyada ən sürətli elektromobil istehsal etmək planlarını açıqlayıb.

Tərtibatçılar bildiriblər ki, “Daymak C5 Blast” model 96 km/saat sürəti 1,5 saniyəyə toplayacaq. Üstəlik, gələcəkdə ona uçmağı da “öyrədəcəklər”.

Hazırda dünyanın ən sürətli elektromobili “Team Delft” komandasının “Formula Student” çərçivəsində tərtib etdiyi nəqliyyat vasitəsi sayılır. O, 96 km/saat sürəti 2 saniyəyə yığır.