Earth Hour 2015 Green Baku

Artıq iki ildir ki, şəhərin yaşıl ağ ciyərləri yatır və Green Baku-nun yeni nəfəsini gözləyir… Və bu saat artıq yetişdi – Yer Saatı! Bu layihə bəşəriyyətin tarixində bu ən böyük ictimai hadisədir.
Hər il Martın son şənbəsində bütün dünyada milyonlarla insan bir saatlıq işıqlarını söndürür, çünki onlara planetimizin gələcəyi çox vacibdir! Dünya Yırtıcı Təbiət Fondu WWF hamını iqlim dəyişikliyi probleminə marağın stimullaşdırdırılması məqsədilə bir saatlıq işıqları və digər həyat üçün vacib olmayan elektrik qurğularını söndürməyə çağırır!
BU AKSİYAYA BİZ DƏ DƏSTƏK OLURUQ!
Martın 28-də Azadlıq meydanına toplaşırıq.Sən də öz enerjini işlət – iqlim dəyişikliyini dəyiş. Özünlə işıqlı yandıran gətir və qlobal aksiyada iştirak et!

PROQRAM
19:00 – Azadlıq meydanında toplaşma
19:30 – Şamların paylanması, düzülməsi (Candle İnstallation)
20:30 – Hökümət evinin, Marriot Otelinin fasad işıqlarının söndürülməsi
20:45 – Critical Mass Baku Velosiped turuna start
21:00 – iştirakçılarla müxtəlif art moblar və şəkillərin çəkilməsi
21:30 – işıqların yandırılması
21:40 – Veloturun qəbul olunması
22:00 – layihənin yekunu

Məkan: Azadlıq meydanı (Hökümət evinin qarşısı)
Vaxt: 28 mart 19:30
Əlaqə telefonları :
050 490 32 50 Samir
055 551 05 93 Elvin

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here