“Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya çap olunub

AMEA-nın Tarix İnstitutunun dissertantı Yusif Mahmudov, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Qara Mustafayev və BDU-nun dosenti, şair-publisist Аnar Məmmədovun həmmüəllifi olduğu “Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya çapdan çıxıb.

Kitabın elmi redaktorları Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, rəyçiləri isə akademik Urxan Ələkbərov, professorlar – İzzət Rüstəmov, Vidadi Xəlilov və Məhərrəm Qasımlıdır.

Monoqrafiyada ekologiyanın mahiyyəti, elmi tarixi, müasir bölmələri və qədim zamanlardan başlayaraq əhalinin ətraf mühitlə qarşılıqlı münasibətlərindən bəhs edilir. Nəşrdə, həmçinin əhalinin fəaliyyəti ekoloji baxımdan təhlil edilir, Azərbaycanın tarixi-mədəniyyət abidələri və qədim sənət nümunələrində təbii sərvətlərə münasibət açıqlanır.