“Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu” mövzusu müzakirə olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin tələbələrinə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Gəncə nümayəndəliyi tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu” mövzusunda təlim keçirilib. qhtxeber.az-a daxil olan məlumata görə, təlimdə könüllülərə Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi ilə bağlı geniş məlumat verilib.  Könüllülərə aqrar sahədə baş verən yeniliklərdən danışılıb, “Ekoloji təmiz kənd təsərüfatı” mövzusunda müzakirələr aparılıb. Təlimdə Aqronomluq fakültəsinin dekan müavini Sahib Əşrəfov iştirak edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here