RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi” layihəsi

409

“Dinc Dünya” Araşdırma Mərkəzi
QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyini alaraq
– Müdafi Nazirliyi ilə,
– Mətbuat Şurası ilə,
– BDU-nun jurnalistika fakültəsinin müəllimləri ilə birgə
“Milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması və dövlət sirri təşkil edən hərbi məlumatların qorunmasına dair təşəbbüslər” istiqaməti üzrə

“Ekstremal situasiyalarda işləyən jurnalistlərin psixoloji və təcrübi öyrədilməsi” (ekstremal jurnalistikada qoyulan tələb və davranışlar) layihəsinin icrasına başlayır.

Bu layıhəmizdə hərbdən yazmağın hüquqi-təcrübi-psixoloji normalarını təlim edərək «Ekstremal jurnalistikanın qaydalar bazası»nı yaratmağa, cəbhə xəbərlərini yayan jurnalistlərin peşəkarlığının artırılmasına cəhd edəcəyik.
Bu cür layihə ölkəmizdə ilk dəfədir.
2 gün TTM-də silah-sursatların TTX-sını öyrənəcəyik. Bu təlimdən 1 həftə sonra 2 gün və 1 gecə Qaraheybət poliqonunda döyüş meydanına bənzədilmiş səhnə ilə tanış olacağıq, Bu şəraitdə qarşıya çıxan təhlükələr və davranış normalarını, müşahidə etmə, informasiya alma qaydalarını öyrənəcəyik.
Proses Müdafiə Nazirliyinin zabit-mütəxəssis heyəti ilə keçəcək, yeməklə, yataqla, həkimlə və gərəkən vasitələrlə tam təmin olunacaq.

Ondan sonra üç şənbə debatlarımız olacaq (həftədə bir dəfə). Alınmış informasiyanın yayın qaydalarını müzakirə edəcəyik, akkreditə qaydalarını, geyim, sığorta, hərbçilərlə davranış normativlərinin dəqiqləşdirəcəyik.
2 ayda cəmi 7 gün.

Təlimlərdə iştirak edənlər “Dinc Dünya” Araşdırma Mərkəzinin, QHT-lərə Dövlət Dəstəyi Şurasının, Müdafiə Nazirliyinin, Mətbuat Şurasının və BDU-nun jurnalistika fakültəsinin loqoları ilə “DİPLOM” alacaqlar. Bu diplomları alanlar Müdafiə Nazirliyində akkreditə olunacaqlar.

Təlimlərə ekstremal situasiyalardan yazma peşəsini seçmiş, seçmək istəyən istənilən şəxs gələ bilər.
Lütfən, müraciət etməyə gecikməyin. Vaxt azdır. Zəng edin: 050 3322910

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı