Elan: Sumqayıt Dövlət Universiteti tələblərinin diqqətinə

Elan. Sumqayıt Dövlət Universiteti tələblərinin diqqətinə. Qladiator Debatları SDU – Ritorika Klubunun təşkilatçığı ilə 8 noyabr tarixində, saat 13`də I Korpusda bendenizin “Pre-karyera Motivasiyası” adlı seminarı olacaq.

Seminarda karyera öncəsi hər bir tələbənin atmalı olduğu addımlar, fəaliyyət göstərməsi gərəkli olan sahələr, ictimai fəaliyyətdə və gənclər sektorunda öz yerini tutmağın əhəmiyyəti, CV/rezume yazılışındakı başlıca qaydalar və prinsiplər, tərcümeyi-hallarda diqqət edilməsi gərəkən məqamlar, insanlarla ünsiyyət, eləcə də kollektivdə kommunikasiya, liderlik keyfiyyətləri, ambisiyaların kontrol edilməsi, hədəflərin müəyyənləşdirilməsi, “Mən kiməm ki?” sindromu, psixoloji dayanıqlılıq, özünə hörmət və özünə inam kimi şəxsiyyətin formalaşmasında vacib olan bir çox məsələlərə dair danışacağıq.

Məqsədimiz özünə düzgün və praqmatik iş yolu tutmaq istəyən tələbə gənclərlə təcrübəmizi bölüşməkdir. Seminar təbii ki, interaktiv formada keçiriləcək və suallarınız cavablandırılacaq, lazımi məsələlər müzakirə ediləcək.

Qeydiyyat üçün: 0504402448