Elastik – cibə yerləşən mini-kompüter təqdim olunub

Elastik – cibə yerləşən mini-kompüter təqdim olunub

“GeekBuying” onlayn mağazası “Windows 10” əməliyyat sistemi işləyən mini-fərdi kompüteri özündə birləşdirən elastik klaviaturaya ilkin sifarişlərin qəbuluna başlayıb. Cari ayın sonunda “Vensmile K8” adlı klaviatura formasında mini-kompüterin tədarüklərinə başlanılacaq.

Dördnüvəli “Intel Atom X5 Z8300” prosessoru ilə işləyən “Windows” sistemli kompüter birbaşa taçpada birləşdirilib. “Vensmile K8” sensor daxiletmə sistemini və “4G” şəbəkəni dəstəkləyir, “HDMI+VGA” çıxışına, “Bluetooth” simsiz modulu, ikidiapazonlu “Wi-Fi” (2.4 və 5 QHs) və başqa periferiya qurğularını qoşmağa imkan verən “USB 3.0” portuna malikdir.

Mini-fərdi kompüter 4 QB əməli yaddaş (“DDR3”) və 64 QB “eMMC” fləş yaddaşı ilə təchiz edilib. “K8” kompüteri “Windows 10” (ev redaksiyası) sistemi ilə tədarük edilir. Qurğunun ən qeyri-adi özəlliyi cibə yerləşdirmək imkanıdır.

vesti.ru