Eldar Əzizov restoranların “Tarqovı”nı zəbt etməsinə icazə vermədi

Bakının “Tarqovı” adlanan ərazisində fəaliyyət göstərən restoranların yolun hərəkət hissəsini zəbt etməsinin qarşısı alınıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, sakinlərin şikayətindən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aidiyyəti qurumlara tapşırıq verib.
Vəziyyətlə yerində tanışlıqdan sonra vətəndaşların gediş-gəlişinə mane olan restoranların yolun hərəkət hissəsini zəbt etməsinin qarşısı alınıb. Bundan sonra yol açılıb, keçid təmizlənib.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here