Barattson “Elektrik mühəndisliyi üzrə 100% Ödənişsiz Sınaq İmtahanı”-nı təqdim edir!.
“Elektrik mühəndisliyi üzrə Sınaq İmtahanı” 13 Dekabr 2015-ci il tarixində saat 15:00-da Barattson ofisində təşkil ediləcək.
Elektrik mühəndisliyi üzrə Sınaq İmtahanı növbəti strukturdan ibarət olacaq:
Ümumi test suallarının sayı – 50
Hər sual 2 bal ilə qiymətləndiriləcək.
Sınaq İmtahanının müddəti 2 saatdır.
Sınaq İmtahanı Azərbaycan dilində keçiriləcək.
İmtahandan dərhal sonra imtahan iştirakçıları Elektrik mühəndisliyi üzrə təlimçılərlə- Abbaslı Cəfər və Rəhimov Şahvaris ilə görüşəcək və imtahan zamanı çətinlik doğuran sualları müzakirə etmək imkanı qazanacaq.
Sınaq İmtahanında kimlər iştirak edə biləcək?
- Elektrik mühəndisliyi üzrə öz praktiki biliklərini sınamaq istəyənlər.
- Elektrik mühəndisliyi üzrə işə qəbul üçün hazırlaşanlar.
- Digər şəxslər.
İmtahanda yalnız qeydiyyatdan düzgün keçənlər iştirak edə biləcək.
