Elmar Qasımov Vyetnam Neft İnstitutunda

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Respublikasının energetika naziri, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının həmsədri Natiq Əliyevin rəhbərliyi ilə Komissiyanın Hanoy şəhərində keçirilmiş ilk iclasında iştirak etmək məqsədi ilə Vyetnam Sosialist Respublikasında səfərdə olub.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vyetnam Sənaye və Ticarət Nazirliyində Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının birinci iclasının yekun protokolu həmsədrlər tərəfindən imzalanıb. Protokolun “Təhsil sahəsində” başlıqlı bölməsində vyetnamlı tələbələrin Bakı Ali Neft Məktəbində təhsili, həmçinin bu ölkənin elm, təhsil və istehsalat müəssisələrinin mütəxəssisləri üçün doktorantura səviyyəsində təhsil, eləcə də stajkeçmə, ixtisasartırma və yenidən hazırlama kurslarının təşkil olunması ilə bağlı xüsusi bənd yer alıb.

Nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasının sənaye və ticarət naziri, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Vyetnam tərəfdən həmsədri Tran Tuan Anh, eləcə də Vyetnam Milli Neft-Qaz Şirkətinin (PVN) nümayəndələri ilə görüşləri olub. Görüşlər çərçivəsində Elmar Qasımov Vyetnam Neft İnstitutunun rəhbəri, Elm və strategiya departamentinin baş meneceri və İqtisadi elmlər üzrə menecer yardımçısı ilə görüşüb. Görüşdə rektor E. Qasımov Bakı Ali Neft Məktəbində vyetnamlı tələbələrin təhsili üçün müvafiq imkanların olduğunu, yeni kampusda tələbələrin təhsili və sosial-mədəni inkişafı üçün hərtərəfli infrastrukturun yaradıldığını qeyd edib. Həmçinin, rektor Elmar Qasımov Vyetnamın Təhsil və Təlim Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin baş direktoru ilə də görüşüb və Ali Məktəbdə vyetnamlı tələbələrin təhsili ilə yanaşı, müvafiq sektorlarda çalışan mütəxəssislər üçün də təlim imkanlarının mövcud olduğunu bildirib. Tərəflər arasında bu istiqamətdə konkret addımların atılması ilə bağlı razılıq əldə olunub.

Səfər zamanı nümayəndə heyəti üzvlərinin Vyetnam Sosialist Respublikasının prezidenti Çan Dai Quanqla görüşü keçirilib və ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here