Elmin Müşfiq – “AĞ İLƏ QARANIN VƏHDƏTİ”

Elmin Müşfiq – “AĞ İLƏ QARANIN VƏHDƏTİ”

Elmin Müşfiq

“Sənində qələmin var”

“AĞ İLƏ QARANIN VƏHDƏTİ” Heykayə

“Bir gün pianinonu düzəldən şəxslə rastlaşdım və ondan mənə maraqlı olan sualları cavablandırmasını rica etdim.Dedi olar.Bir məkanda oturduq və ilk sualımı verməyə hazırlaşdım və nəhayət mənə çətin olsada verdim.
Nəyə görə pianinonun dillərini düzəldəndə ağ və qara rənglərdən istifadə etdiniz?Başqa rəng ola bilməzdimi?
Bir qədər düşündü və əlini çiynimə qoyub belə cavab verdi:
Oğul,pianino mənim sanki həyatımı canlandırır.Qara dillər pianinonu düzəltdiyim vaxtdan əvvəlki günlərimi əks etdirir.Uşaqlığımı,kasıb günlərimi,əziyyət çəkdiyim illərimi və ac qaldığım aylarımı,bir sozlə qara günlərimi
Ağ dillər isə pianinonu düzəldib satdıqdan sonra əldə etdiyim gəlirdən sonrakı illərimi,gözəl ailəmi,şanımı-şöhrətimi və mənə olan hörmətimi əks etdirir.
Cavabından heyrətə gəldim və belə bir sual yenə verdim.
Yaxşı,bəs niyə ağ dillər qara dillərdən çoxdu?
Gülümsüyüb belə cavab verdi:qara gün ömrümün az hissəsini əhatə etdiyindən az,ağ gün çoxluq təşkil etdiyindən çoxdur.Və mən hal-hazırda ağ günlərin əhatəsindəyəm.
Bu cavabdan sonra susdum ve heç bir sual vermədim.”