Emindən Prezidentə unikal təşəkkür: anons yaydı…

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycanın bir sıra tanınmış mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə fəxri ad verilmiş məşhurlardan biri də tanınmış müğənni Emin Ağalarovdur.
O, İnstaqram hesabında paylaşım edərək Prezidentə təşəkkür edib:

“Prezident İlham Əliyevə mənə Azərbaycanın Xalq artisti fəxri adının verilməsinə görə dərin təşəkkürümü bildiririəm! Mənə böyük dəstək, etibar və qiymət verildiyi üçün minnətdarlığımı bildirirəm. Mən bununla fəxr edirəm! Məhz sabah – böyük bayram günü mən yeni “Azərbaycan” adlı mahnımı təqdim edəcəm.

Kult.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here