Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması üzrə təhvil-təslim prosesinə başlanılıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması ilə bağlı təhvil-təslim prosesinə başlanılıb.

Energetika Nazirliyindən bildirilib ki, kommunal xidmətlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafı, enerji təchizatında şəffaflığı və çevikliyi, xidmətlərin sahibkarlar üçün əlçatanlığının təmin edilməsi məqsədilə nazirliyin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkili, Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələrinin ləğvi ilə əlaqədar nazirlikdə Təhvil-təslim komissiyası yaradılıb.

“Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” ölkə Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanının müvafiq bəndinə uyğun olaraq, Agentlik Vergilər Nazirliyində dövlət qeydiyyatından keçib və ləğvetmə prosesinə başlanılıb. Sözügedən Fərman əsasında qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 dekabr tarixli 891s nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Energetika Nazirliyinin 2018-ci il 1 yanvar tarixli əmri ilə yaradılmış Təhvil-təslim komissiyasına idarələrin istifadəsində olan əmlakın Agentliyin balansına verilməsini təmin etmək, qiymətləndirmə prosesində iştirak, inventarlaşdırma aparmaq, Agentliyin nizamnamə fondunun dəqiqləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və bu prosesdən irəli gələn digər tədbirləri həyata keçirmək tapşırılıb.

Qeyd edək ki, Agentliyin strukturu və işçilərin say həddi təsdiq olunana qədər ləğv edilmiş idarələrin əməkdaşlarının öz funksiyalarını qanunvericiliyə və vəzifə təlimatlarına uyğun olaraq yerinə yetirmələri nəzərdə tutulub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here