RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Erməni politolqoları: “Paşinyanın istefa qərarı onun üçün risk törətməz”

21

Sabah Ermənistanın baş naziri Nikol Paşinyan tutduğu vəzifədən istefa verməlidir. Paşinyan bu qərarı növbəti parlament seçkilərinin bu ilin dekabrın 9-u və ya 10-da baş tutması üçün verdiyini açıqlayıb.

Ermənistanda bəzi siyasi fikir adamları Paşinyanın bu addımı atmaqla əslində böyük riskə getidiyni düşünürlər. Nikol Paşinyanın kreslosunu tərk etdikdən sonra parlamentin önəmli hissəsini əlində tutan Serj Sərkisyanın Ermənistan Respublika Partiyasının (ERP) dərhal öz namizədini irəli sürəcəyini istisna etməyənlər az deyil.

Lakin erməni analitiklərinin hələ də bir çoxu bu versiyanı rədd edir və riskin minimal olduğunu söyləyirlər.

Musavat.com Rusiya və Ermənistan mətbuatına istinadən həmin rəyləri təqdim edir.

Elə Nikol Paşinyanın özü də “France 24” kanalına verdiyi müsahibədə narahatllıq üçün heç bir əsas olmadığını qeyd edib.

Politoloq Stepan Səfəryan parlamentin 18 deputatının yeni hakmiyyətin tərəfinə keçdiyini bəyan etməsindən və “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Sarukyanla imzalanan sazişdən sonra keçmiş hakimiyyətin geri dönmə təhdidinin ortadan qalxdığına əmindir.

S.Səfəryan Paşinyana verilən ictimai dəstəyin də bu qorxulara əsas vermədiyini bildirib.

“Əgər hətta gözlənilməz bir hadisə baş versə belə, biz yenidən aprelin 22-nə, yəni Serj Sərkisyanı istefaya məcbur edən kütləvi etirazlara geri dönəcəyik. Bandan başqa, oktyabrın 2-də ictimaiyyətin sərt təpkisi onu göstərdi ki, burada hadisələrin başqa ssenari üzrə getməsinə imkan verilməyəcək”, – S.Səfəryan bildirib.

Siyasi texnoloq Armen Bədəlyan da parlamentin “yumşaq ssenari” üzrə buraxılacağını söyləyib.

Onu fikrincə, indiki anda ERP öz namizədini irəli sürməz, üstəlik, onlaırn bir hissəsi, həmçinin müttəfiqləri sayılan daşnaklar əvvəlki mövqelərindən çəkiliblər.

Buna rəğmən Bədəlyan nəzəri də olsa riskin hələ qaldığını bildirərək, iqtidarı ehtiyatlı olmağa çağırıb.

Digər siyasi ekspert Hrant Mikaelyan Paşinyanın opponentlərinin hazırkı məqamda döyüşü uduzduqlarını düşünür.

“Paşinyan öz istəyinə çatdı, parlament qüvvələri təslim oldular. Artıq situasiyanın başqa şəkildə inkişaf etmək variantı qalmayıb”, – Mikaelyan erməni mətbuatına bildirib.

Siyasi icmalçı Akop Badalyan həm ERP-nin, həm də “Çiçəklənən Ermənistan”ın öz namizədlərini irəli sürdükləri halda hansı nəticələrin baş verəcəyini göz önünə aldıqlarını qeyd edib.

Onun fikrincə, növbəti seçkilərdə bu partiyalar parlamentdə cüzi deputatla təmsil olunmaq və ya ümumiyyətlə keçid üçün səs toplamamaq qorxusundan bu cür davranıblar. “Cəmiyyətin məxməri inqilabın qələbəsini təmin etmək səylərinə qarşı müqavimət göstırilməsi daha radikal tədbirləri özü ilə bərabər gətirə bilərdi. Buna görə də onlar məcburən konstitusion variantı seçdilər”, – Badalyan söyləyib.

Musavat.com

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı