RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Ermənilər hərbi təlimlərdən qorxuya düşüb

11

Əvvəlcədən xəbərdarlıq etmədən hərbi təlimlərin keçirilməsi ATƏT qarşısındakı öhdəliklərin pozulmasıdır və bu regionda sülhün, eləcə də etimadın təmin olunmasına gətirib çıxara bilməz. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan bu barədə bu gün brifinqdə Azərbaycanda keçirilən genişmiqyaslı hərbi təlimləri nəzərdə tutaraq bəyan edib.

“Təbiidir ki, bu məsələ Ermənistanın ATƏT-də daimi nümayəndəliyi tərəfindən qaldırılacaq. Bütün bunların hamısında vurğulamaq istərdik ki, biz gücümüzə əminik. Əvvəla, biz gücümüzə güvənirik və bu güvən yalnız sülhü saxlamaq üçün deyil, dünyanın mövqeyindən danışmaq üçün bizə imkan verir “, – deyə Anna Nağdalyan bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona gələcək səfərinin gündəliyinə toxunan Anna Nagddalyan vasitəçilərin İrəvana, Stepanakertə və Bakıya səfər edəcəyini qeyd edib.

“Gündəmə gəlincə, hər hansı bir məlumat verməyəcəyəm. İndi bunu edə bilmərəm “- deyə Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı