Ermənistan Göyçə gölünün qurudulması prosesini davam etdirir

Xəbər verildiyi kimi, Ermənistan parlamenti birinci oxunuşda Göyçə gölündən 40 milyon kubmetrlik suyun təsərrüfat məqsədilə götürülməsi haqqında qanun layihəsi qəbul edib.

Layihənin müəlliflərindən biri, Su təsərrüfatı komitəsinin sədri İnessa Qabayanın sözlərinə görə, bu il yay fəslində havaların həddindən artıq isti keçməsi onları bu addımı atmağa məcbur edib.

Paşinyanın “Yelk” partiyasından olan deputat Lena Nazaryan isə Göyçədən böyük həcmdə su götürülməsinii yağışların az olması ilə izah edib.

Qanun layihəsi ilə əlaqədar parlamentin qarşısında etiraz aksiyası keçirən ekoloqlar sulama ilə bağlı problemlərin istidən deyil, sudan istifadənin olduqca pis idarə olunmasından qaynaqlandığını söyləyiblər.

Layihəyə əsasən Göyçə gölündən sulama məqsədilə artıq 170 milyon deyil, 210 milyon kub metr su götürülməlidir.

Qanunvericilik aktına parlamentin 68 deputatı səs verib, 1 nəfər əleyhinə çıxış edib.

Qanun qəbul edilməzdən bir gün öncə “SOS Sevan” adlı təşəbbüs qrupu Ermənistanın baş naziri Nikol Paşinyanıa müraciət edərək ondan sənədi geri çəkməyi xahiş ediblər.

“Sevan-Razdan (ermənilər Göyçə gölünü Sevan adlandırırlar-red.) sisteminin sularından qeyri-qanuni istifadə ilə bağlı düzgün olmayan məlumatlar gətirlir. Bundan başqa Ararat vilayətinin balıqçılıq təsərrüfatlrında işlədilən suyun həcmi (guya normada olduğu-red.) barədə səhv informasiyalar verilir”,- məktubda deyilir.

“Göyçə gölünün indiki anda özünün köməyə ehtiyacı var”,- ekoloq Silva Adamyan söyləyib.

“Maraqlıdır ki, bir müddət qabaq baş nazir Nikol Paşinyan özü “Göyçə çən deyil ki, ondan su götürəsiniz” demişdi, amma onun hökuməti tamam başqa bir qərar verir. Göldə suyun səviyyəsinin aşağı düşməsi nətiəsidnə yosunlar sürətlə çoxalır. Suyun öz rəngindən görünür ki Göyçə əsl təhlükə qarşısındadır”, – S. Adamyan təəcübünü gizlədə bilməyib.

“Ekolu” təşkilatının rəhbəri İnqa Zarafyan Göyçədən su götürlüməsinin Ararat vilayətinin problemlərini həll etməyəcəyini deyib:

“Bu problem suyun çatışmazlığından deyil, pis idarəçilikdən doğub, əlavə olaraq su çəkilməsi heç bir kömək göstərməyəcək”.

“Sarukyan” blokunun deputatı Sergey Baqratyan isə Göyçə gölünün ekosisteminin korlanması nəticəsində Ermənistanın hər il 800 milyon dollar pul itirdiyii bildirib.

Musavat.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here