Ermənistan ordusunda daha bir rüşvət qalmaqalı

Bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin daha bir zabiti barədə rüşvətalma maddəsi ilə cinayət işi başlanıb.

Yerevan şəhəri Lvov küçəsi 29 ünvanda yaşayan Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3 min ABŞ dolları məbləğində rüşvət tələb olunub.

Rüşvətalma faktı ilə əlaqədar hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət edən kapitan Hamlet Levonyan barədə cinayət işi açılıb, istintaq aparılır.

Fakt sübuta yetirilərsə H.Levonyan “xidmətini” dəmir barmaqlıqlar arasında davam etdirəcək.

Azertac

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here