Ermənistan ordusunun baş leytenantı öldürülüb

“Ermənistan hərbi istintaq komitəsinin doqquzuncü qarnizonunda baş leytenant Karen Samveloviç Ovanisyanın ölümü ilə bağlı araşşdırmalara başlanılıb”. SİA xəbər verir ki, bu barədə aysor.am saytı yazır. Məlumata görə, avqustun 29-u, səhər saat 8:15 radələrinə yaxın Ermənistan müdafiə nazirliyinin “N” saylı hərbi hissəsinin növbətçi hissəsində baş leytenant Karen Ovanisyanın meyiti tapılıb. Onun başında və üz nahiyəsində odlu silahdan açılmış atəş nəticəsində güllə yaraları aşkarlanıb.

Qeyd olunur ki, hadisə yerinə baxış keçirilib və intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. “Hadisənin təfərrüatları ilə bağlı istintaq tədbirləri davam etdirilir”, erməni saytı yazır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here