RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Ermənistan parlamentinin spikeri Rusiya səfirini tənqid edib

20

Ermənistan parlamentinin spikeri Ararat Mirzəyan iyun ayının 17-də jurnalistlərlə söhbətində Rusiyanın ölkədəki səfiri Sergey Kopırkini tənqid edib.

Yelri medianın xəbərinə görə, A. Mirzəyan Sergey Kopırkinin keçmiş prezident Robert Köçəryanla görüşməsində ciddi bir şey görmədiyini açıqlayan xarici işlər nazirini müavini Qriqor Ovannisyanın da bostanına daş atıb:

“Xarici işlər nazirini müavini öz fikrini , mən isə öz düşüncəmi söyləyirəm. Mən həmin görüşü alqışlaya bilmərəm”.

Ararat Mirzəyan həmin görüşün qəbuledilən heç bir yanının olamdığını da bildirib.

“Səfir siyasi arenanın nümayəndələri ilə görüşə bilər. Lakin bu adama (Köçəryana-red.) irəli sürülən ittihamlar onu həmin sahədən çıxarır. Mən Robert Köçəryanı siyasi xadim kimi tanımıram. Buna görə də onun Robert Köçəryanla təmasını doğru hesab etmirəm”,-deyə spiker sözlərinə əlavə edib.

Qeyd olunur ki, Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyasının bu günkü iclasında çıxış edən Qriqor Ovannisyandan hansı səbəbdən Robert Köçəryanla görüşdüyü üçün Rusiya səfirinin nazirliyə dəvət olunmadığı soruşulub. Q.Ovannisyan isə cavabında səfərin hərəkətlərinin xarici işlər idarəsinin qınama və ya xüsusi təhqiqat predmeti ola bilməyəcəyini söyləyib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı