DÜNYA 2019.12.06 09:46

Ermənistanın parlament fraksiyaları büdcənin əleyhinə səs verəcək

18

“Çiçəklənən Ermənistan” və “Parlaq Ermənistan” parlament fraksiyaları 2020-ci il üçün büdcə layihəsinin əleyhinə səs verəcəklər.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə qeyd edilən fraksiyaların nümayəndələri özləri məlumat verib.

Ermənistan parlamentində keçirilən müzakirələrin sonunda “Parlaq Ermənistan” fraksiyasının nümayəndəsi Mane Tandilyan və “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Mikael Melkumyan bəyan edib ki, onlar büdcə layihəsinin əleyhinə səs verəcəklər.

Xatrladaq ki, Ermənistan parlamentində üç partiya təmsil olunur. Çoxluq baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” fraksiyasına məxsusdur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı