“Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti” kitabının təqdimatı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dosent, filosof Əmirəli İsmayılovun müəllifi olduğu “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti” adlı kitabın təqdimatı olub.

Kitab rus dilində nəşr edilib. ADPU-nun rektoru Cəfər Cəfərov bildirib ki, nəşr bir sıra tarixi faktlar əsasında hazırlanıb. Rektor qeyd edib ki, kitabın rus dilində nəşr olunmasında məqsəd onu daha geniş auditoriyaya çatdırmaqdır.

Əmirəli İsmayılov çıxışında deyib ki, kitabda erməni faşizminin tək Azərbaycana qarşı yox, ümumiyyətlə, regionda digər etnik qruplara qarşı törətdiyi əməllər və bunun ideologiyaya çevrilməsi ilə bağlı faktlar yer alıb. Müəllif təəssüflə vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə hələ də tədqiqatçılar tərəfindən yetərincə diqqət ayrılmayıb, arxivlər araşdırılmayıb: “Bu yaxınlarda Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərovun təşkilatçılığı ilə erməni vandalizmini sübut edən xeyli fakt Rusiya arxivindən tapılaraq, tərcümə olundu və yayımlandı. Bu kimi işlər, tədqiqatlar daha çox olsa, yaxşı olar”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, əsər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə sanballı hədiyyədir. O qeyd edib ki, müəllif nadir alimlərdəndir və onun toxunduğu mövzu hazırda milli-ideoloji savaşda ən həssas məqamdır: “Hesab edirəm ki, Əmirəli müəllimin ortaya qoyduğu faktlar bu sahədə bizim üçün tutarlı arqmentlər ola bilər”.

Təqdimatda alimlər, ictimaiyyət nümayəndələri iştirak edib.

APA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here