Ermənistanda müxalifət bir sıra hökumət binasına aparan yolları bağlayıb

Aprelin 17-də ölkənin sabiq prezidenti Serj Sarkisyanın baş nazir postuna namizədliyinə etiraz edən müxalifət fəalları Ermənistanın bir sıra hökumət binalarına aparan yolları bağlamağa başlayıb.

Hazırda aksiya iştirakçıları Baş Prokurorluğun, Xarici İşlər Nazirliyinin, Diasporun və Dövlət Gəlirləri Komitəsinin binasının qarşısını kəsiblər.

Müxalifət lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkədə “məxməri inqilabın” başladığını deyib. Yerevanın əsas küçələri etirazçılar tərəfindən bağlanıb, polis Serj Sarkisyanın baş nazir postuna seçilməsi məsələsinin müzakirə olunduğu parlament binasına tərəf qüvvə toplayır. Parlamentin xüsusi iclasının davam etdiyi bildirilir.

Paşinyan müxalifətin mitinqinin Fransa meydanından hökumət binasının qarşısında yerləşən Respublika meydanına keçiriləcəyini deyib. Onun sözlərinə görə, saat 18:30 təyin olunan mitinq Ermənistan tarixində ən izdihamlı aksiya olacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here