Əskişəhərdə Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi İtaliya KİV-lərinin diqqətindədir

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Prezident İlham Əliyev: TANAP qaz kəməri Türkiyə-Azərbaycan qardaşlığının növbəti qələbəsidir” sərlövhəli məqalə yerləşdirilib.

Məqalədə Türkiyənin Əskişəhər bölgəsində Trans-Anadolu qaz kəmərinin (TANAP) istifadəyə verilməsi zamanı Azərbaycan Prezidentinin çıxışından sitatlar gətirilib.

Qeyd edək ki, TANAP yeddi ölkəni və bir çox şirkətləri birləşdirir. Bu qaz kəməri indi və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here