ETSN-də bilik yarışı keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramına həsr olunmuş bilik yarışı keçirilib. Nazirliyin təşkilatçılığı ilə keçirilən yarışda bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları və jurnalistlər iştirak edib.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarış 17 komandadan ibarət olub. “Xəmsə” formatında üç mərhələdən ibarət olan bilik yarışında yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb. Digər 4 komanda isə həvəsləndirici mükafat uğrunda mübarizə aparıblar.

Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin komandası birinci, İqtisadiyyat Nazirliyinin komandası ikinci, Dövlət Turizm Agentliyinin komandası isə üçüncü yeri tutub.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bilik yarışmasında maksimal nəticə göstərərək qalib gələn komandaların üzvlərini təbrik edib, onlara daha böyük qələbə uğurları arzulayıb. Qalib komandalara diplomlar və mükafatlar təqdim olunub.

Yarışda qalıb olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini təmsil edən komandanın kapitanı Fərid Mirzəyev yarış barədə öz təəssüratlarını bölüşərək, yarışa çox qısa vaxt ərzində hazırlaşaraq komandalarını formalaşdırdıqlarını bildirib. “Belə bir böyük tədbirin keçirilməsinə görə təşkilatçılara minnətdarlığımızı bildiririk. Çox sevinirəm, özümüzü və nazirliyimizi təbrik edirəm. Əsas odur ki, düzgün istiqamət götürdük. Qalib gəldiyimizə və bizə göstərilən etimadı doğrultduğumuza görə çox sevincliyik”.

Bilik yarışmasının üçüncüsu olan Dövlət Turizm Agentliyinin komandasının üzvi Rüstəm Mehdizadə bilik yarışının dövlət qurumları arasında ilk dəfə təşkil olunduğunu bildirib. “Biz də 3-cü yeri qazandığımıza görə sevinirik və fürsətdən istifadə edib Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramlarını təbrik edirik”.

Tədbirdə iştirak edən komandalar maraqlı yarışmanın təşkilinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlıqlarını bildirib və bu cür intelektual yarışmaların keçirilməsinin çox vacib olduğunu qeyd ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here