“Euronews” telekanalında Azərbaycan pitisi

“Euronews” telekanalında Azərbaycanın ən məşhur və doyumlu yeməyi piti haqqında süjet yayımlanıb. Süjetdə pitinin Şəki bölgəsinin ən qədim yeməklərindən biri olduğu bildirilir. Qeyd olunur ki, uzun müddət toxluq hissi yaradan pitini vaxtilə bu yerlərdə yaşayan kəndlilər hazırlayıb. İndi bu yemək hamı tərəfindən sevilir.  Sujetdə bu yağlı xörəyin əsasının qoyun əti olduğu bildirilir. Diqqətə çatdırılır ki, piti Azərbaycanın hər bölgəsində özünəməxsus hazırlanır. Əsasən ətə noxud, şabalıd, kartof, ədviyyat, qoyun yağı (quyruq) əlavə edilərək saxsı qabda bir neçə saat vam odda bişirilir.

Telekanalın müxbiri deyir: “Piti – vaxtilə Böyük İpək Yolunun keçdiyi qədim Şəki şəhərinin əsl vizit kartıdır. O vaxt da, hazırda da qoyun ətindən hazırlanmış bu yağlı, sulu yemək ağzının dadını bilənləri cəlb edir. Budur, piti masanın üzərindədir. Hələ yeməyə başlanılmayıb. Pitisevərlər əvvəlcə ayrıca qaba xörəyin bulyonunu süzür, lavaş, ədviyyat əlavə edərək yeyir, daha sonra ətini yeyirlər”.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here