Evdəki kameralar sizi izləmə vasitəsinə çevrilə bilər

Evdə quraşdırılan videokamera çağırılmamış qonaq üçün bələdçiyə çevrilə  bilər.

Çnli hakerlər dünyanın istənilən nöqtəsində cihazlara qoşulmağa imkan verən proqram təminatı yaradıblar.

Bu proqram təminatının qiyməti 28 dollar təşkil edir. Çində bu cihazlar olduqca populyar əşyaya çevrilməkdədir. Bu səbəbdən xüsusi çatlar yaradılır ki, başqasının həyatına gizli baxmağı sevənlər orda bu veb-kameraların login və şifrələrini bölüşürlər.

Proqram təminatından istifadə edərək demək olar ki, bütün kameralara giriş əldə etmək mümkündür. Bura evdə quraşdırılan xarici kameradan tutmuş evdə uşaqlara nəzarət etmək üçün quraşdırılan kameralar da daxildir.

İKT.lent.az