Eyfel qülləsi

Eyfel qülləsi 1887 –1889 cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir. Qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürmüş, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər də meydana atmışlar. Bu mərasim 1789 – cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan bir də Qustavo Eyfel idi.

Fikirlərdən birinə əsasən daşdan hazırlanmış monumental abidə yaratmaq lazım olduğunu dedilər. Ancaq bundan əvvəl ABŞın Vaşinqton şəhərində bu tipli böyük abidə yaradılmışdı və onun hündürlüyü isə tam 169 m hesab olunurdu. Düşüncələrə görə daşdan hazırlanmış hər hansı abidə bundan hündür ola bilməz, yaxud hazırlanması çox müddət almaqla yanaşı, çətin bir proses olardı. Buna görə də həmin fikir tamamilə rədd edildi. Nəticədə isə Qustavo Eyfel öz hazırladığı layihədə müxtəlif dəyişikliklər etdi, həmçinin dekorasiyasını da qismən dəyişdirdi. Bu böyük layihənin hazırlanması üçün çox vaxt tələb olunsa da Qustavo burada elə metodlardan istifadə etmişdi ki, tam iki il müddətinə qüllə hazır vəziyyətdə olacaqdı. Qeyd edək ki, bu layihənin seçilməsində vaxt problemi də qismən kömək oldu. 1889– cu ildə hazırlanan Beynəlxalq sərgilər bürosunun təməli atılmış və Qustavo Eyfel tərəfindən hazırlanmışdır. Əslində isə bu qüllənin memarı Qustavo Eyfel deyil, isveçrəli Murico Koechin sifarişinə əsasən hazırlayan Stefen Sauvestredir. Stevan həmin layihənin hazırlanmasında ona xüsusi görünüşün verilməsində mühüm rol oynadı, çünki Parislilərin diqqətini cəlb etmək üçün onun xarici görkəmi daha vacib rol oynayırdı. Bu insan öz peşə və sənət yoldaşı olan Emile Nouguier ilə birlikdə bu nümunələri hazırlamışdır. Qüllənin inşası tam 7 739 401 frank 31 sent tutmuşdur, lakin Qustavo Eyfelin fikirlərinə görə isə bu maliyyə xərcləri 1 milyondan da yuxarı olmuşdur. 1889 – cu ildə açılış tarixindən əvvəlki beş ay müddətində 1,9 milyon əhali buranı ziyarət edir və nəticədə il sonuna qədər sərf edilmiş xərclərin ¾ çıxardılır. Beləliklə elə ilk əvvəlki dövrlərdən başlayaraq bu qüllə qazanc əldə etməyə şərait yaradan məkanlardan birinə çevrilmişdir.

1889 – cu ildə qüllənin açılışı zamanı tam 10 min qaz fənərlərindən, iki projektordan və başında isə mayak kimi işıq əks edilmişdir. İşıqların rəngləri mavi, ağ və qırmızı olmaqla Fransanın bayrağını ifadə edirdi. 1900– cu ildə ilk dəfə olaraq işıqlı lampalarla qüllə bəzədilir. 1925 – ci ildə isə maqnat Andre Sitroenin avtomobil istehsalçısı kimi markası reklam olunmuşdur. Sitroen özü bu reklamı “Alovlar içərisində Eyfel qülləsi” adlandırmışdır. Eyfeldə həmin vaxt 125 min elektrik lampası quraşdırılmışdı. Demək olar ki, həmin müddət ərzində qüllədə çoxlu sayda reklamlar yerləşdirilməyə başladı və bu dünyanın ən hündür reklam yerləşdirmə yeri hesab olunurdu. Bu hadisələr tam 1934 – cü ilədək davam etdi. 2000– ci ilin yeni ili ilə əlaqədar qüllədə bir çox dəyişikliklər edildi və hətta 2003– cü ildə Eyfel yeni işıqdan hazırlanmış paltarını geyindi. Burada 40 km uzunluğu olan işıq sistemlərindən, 20 min lampadan və hazırlanmada 4,6 milyon avro dəyərində maliyyə xərcindən istifadə edildi.

3000 işçi 26 ay müddətində 18.038 ədəd dəmirdən olan parçaları 2,5 milyon hissələrdən istifadə edərək bir yerə yığmağı bacardı. Həmin dövrdə bu qüllə inşa edilərkən bir dənə də olsun ölüm hadisəsinin olmaması, istifadə edilən texnologiyaların zəif olması ilə müqayisə edildiyinə böyük heyrət doğurur.

Ancaq parislilər bu müddət ərzində qülləni bir utanc ləkəsi kimi görmüş və ona nifrət etmişlər. Bəzi sənətçilər buranı bir yol lampasına bənzədir, digər insanlar isə bir fabrik bacası kimi qiymətləndirirdilər. Hətta bu tikilinin Parisin görünüşünü ciddi şəkildə ləkələyəcəyini də irəli sürürdülər. Bəzi insanlar isə ədəbiyyatçı və sənətçiləri bir yerə yığaraq imza toplamış və birliklərini bu qülləyə qarşı istifadə etmişlər. Həmin işdə 300 tanınmış şəxsin imzası olmuşdur. Bunların arasında    Aleksandr Düma, Şarl Quno və   Qi de Mopassan da yer almışdır. Bu gün isə Eyfel qülləsi dünyanın ən gözəl memarlıq nümunələrindən biri sayılır. Parislilər bu abidəni Dəmir qadın olaraq adlandırırlar. Əvvəlki dövrlərdə Eyfel qülləyə sadəcə 20 il ərzində idarə etməsi üçün səlahiyyət almışdı. Deməli 1909 – cu ildə qüllə tamamilə sökülməli idi, lakin öz yüksəkliyinə görə əlaqə yaratmaq üçün münasib idi və Atlantik okeanın da o biri tərəfi ilə əlaqələri genişləndirmək bu tikili ilə mümkün olduğuna görə sökülməməsinə icazə verildi.

Eyfel qülləsinin tikintisində 300-ə yaxın fəhlənin əməyindən istifadə edilmişdir. Tikintiyə başlamamışdan əvvəl layihəni tez bitirmək üçün nəzərdə tutulmuş konstruksiyaların çoxu, xüsusən dəmirdən olan hissələr bir – birinə geydirilmişdi. Eyfel 14 fevral 1887 – ci ildə “Le Temps” qəzetinə verdiyi müsahibədə tikdiyi qüllənin hündür olması ilə yanaşı, onun küləyə davam gətirməsinin də vacib yer tutduğunu xüsusi qeyd etmişdir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here