Fərhad Hacıyev: Gələcəkdə gənclər qrantlardan sahibkarlıq fəaliyyəti üçün də istifadə edə bilərlər

Gələcəkdə gənclər qrantlardan sahibkarlıq fəaliyyəti üçün də istifadə edə bilərlər.

Bunu 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransında çıxışı zamanı fondun icraçı direktoru Fərhad Hacıyev bildirib.

F.Hacıyev qeyd edib: “Çox istərdik ki, növbəti mərhələdə gənclərimiz sahibkarlıq sahəsi üzrə daha çox layihə təqdim etsinlər. Lakin bunun üçün həlli vacib olan bir məsələ var”.

O əlavə edib ki, hazırda “Qrant haqqında” qanuna əsasən, qrant formasında layihə alan şəxs bu maliyyədən gəlir əldə edə bilməz:

“Biz hazırda onun üzərində çalışırıq ki, qrant onu alan şəxsə eyni zamanda hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa kömək etsin və beləliklə, gənclərimizin bu sahəyə marağı artsın. Hazırda bununla bağlı işlər aparılır. Yəqin ki, yaxın gələcəkdə gənclər qrantlardan sahibkarlıq fəaliyyəti üçün də istifadə edəcəklər”.

F.Hacıyev işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində görülən işlərə də toxunub. O vurğulayıb ki, kəndin ərazisində uşaq meydançası da salınacaq: “Bu məsələ Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevlə də müzakirə olunub”.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here