RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

“Faceapp” niyə təhlükəlidir?

49

DER SPIEGEL

Bunu reper Dreyk (Drake), həmçinin britaniyalı müğənni Sem Smit (Sam Smith) də edir. Onlar “FaceApp” proqramının köməyi ilə fotoşəkillərində öz yaşlarını və cinslərini dəyişirlər. Lakin Almaniyanın “Der Spiegel” jurnalı bu əyləncənin bir neçə çətinliyə səbəb ola biləcəyini yazır.

Məqalə müəllifi Kaspar fon Alvörden (Caspar von Allwörden) proqramın Sankt-Peterburqun “Wireless Lab” şirkəti tərəfindən hazırlandığını qeyd edir. Poçt və elektron ünvandan başqa şirkət haqqında məlumat tapmaq mümkün deyil. Müəssisənin saytı yoxdur. Proqram istifadəçiləri avtomatik olaraq onun məxfilik siyasəti və şərtləri ilə razılaşırlar. Onlar bəzən proqramı hazırlayanlara geniş hüquq verirlər.

İstifadəçilərin fotoşəkilləri cihazda emal edilmir, süni intellekt tərəfindən korreksiya üçün avtomatik olaraq serverə göndərilir. İstifadəçi bu barədə xəbər tutmur.

“FaceApp” fotoşəkillləri kommersiya məqsədilə istifadə etmək hüququna malikdir. İstifadə qaydalarına əsasən materiallar serverlərdə saxlanıla bilər.

Bundan başqa, bir sıra başqa məlumatlar toplanır. Əsasən, istifadəçinin IP-ünvanı, habelə istifadə etdiyi cihaz və proqramdan istifadə tezliyi haqqında məlumat əldə edilir. Bu məlumatlar provayderlərə və ya reklam tərəfdaşlarına ötürülə və fərdi reklamlar üçün istifadə edilə bilər. Proqram satılanda əldə edilən istifadəçi məlumatları yeni sahibkara təhvil veriləcək.

Avstraliyanın “ABC” radioşirkətinə açıqlamasında məlumatların müdafiəsi üzrə ekspert Devid Veyl (David Vaile) “FaceApp”-i tənqid edib. Onun sözlərinə görə, proqram təqdim etdiyi funksiyaların yerinə yetirilməsinə tələb olunan hüquqlardan daha çox hüquq sahibidir.

“FaceApp” proqramının rəhbəri “Forbes” jurnalına müsahibəsində bildirib ki, fotoşəkillər Sank-Peterburqda yerləşən serverlərə deyil, “Amazon” və “Google” şirkətlərinin ABŞ, Sinqapur və İrlandiyada yerləşən serverlərinə göndərilir. Şəkillərin çoxu yükləndikdən 48 saat sonra silinir və üçüncü tərəfə ötürülmür.

Bununla belə, “Der Spiegel” yazır ki, proqram tezliklə FTB-nin diqqət mərkəzinə düşə bilər. “AP” informasiya agentliyinin məlumatına görə, demokrat senator Çak Şumer (Chuck Schumer) federal hüquq mühafizəsi strukturuna müraciət edib. Senator məktubunda narahatlığını ifadə edib. O, bildirib ki, “FaceApp” proqramı “milli təhlükəsizliyə və milyonlarla ABŞ vətəndaşının şəxsi həyatına risk törədə bilər”. Şumer şəxsi məlumatların “ABŞ-a qarşı kiberhücumlar həyata keçirmiş düşmən dövlətin” əlinə keçə bilməsini son dərəcə əndişəli fakt adlandırıb.

xpressa.net

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı