“Facebook” siyasi reklam qaydalarını sərtləşdirib

“Facebook” seçkilərə müdaxilə hallarına qarşı tədbir görür.

“Facebook” bu il mühüm seçkilər keçiriləcək Hindistan, Nigeriya, Ukrayna və Avropa İttifaqına üzv olan ölkələri üçün platformasındakı siyasi reklam qaydalarını sərtləşdirib.

“Reuters” xəbər verir ki, bu barədə yerləşdirilən məlumata əsasən, belə tədbirin məqsədi seçkilərə müdaxilənin qarşısını almaqdır.

“Facebook”un qlobal siyasət və əhatə direktoru Kati Harbat bildirib ki, fevralın 16-da prezident seçkilərinin keçiriləcəyi Nigeriyada yanvarın 16-dan etibarən seçki ilə bağlı reklamları yalnız ölkədə yerləşən sifarişçilər verə biləcək. Fevral ayında eyni qayda martın 31-də prezident seçkilərinin keçiriləcəyi Ukrayna üçün də tətbiq olunacaq.

Aprel-may aylarına ümumi seçkilərin keçiriləcəyi Hindistana dair reklamlar isə “Facebook”dakı xüsusi elektron kitabxanaya yerləşdiriləcək. Habelə may ayında Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində də Avropa İttifaqına üzv olan ölkələr üçün siyasi reklamla bağlı sərt qayda tətbiq ediləcək.

report.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here